Xəbərlər
Buğda kəskin ucuzlaşdı:
Xəbərlər

Buğda kəskin ucuzlaşdı: Çörəyin qiyməti dəyişə bilər - Ekspert

Azərbaycanın xaricdən idxal etdiyi buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.

E-saglam.az xəbər verir ki, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib.

Bu ucuzlaşma çörəyin və başqa un məmulatlarının qiymətinə təsir edə bilərmi?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, buğdanın qiymətinin aşağı düşməsi çörəyin və başqa un məmulatlarının ucuzlaşmasına təsir edə bilər.

“Buğdanın ucuzlaşması çörəyin qiymətinə təsir göstərə bilər. Amma biz bilməliyik ki, çörək istehsalçılarının xərci təkcə buğda deyil, buğda burda əhəmiyyətli paya malikdir. Ümumi xərclərin içərisində buğdanın payı 40-50 faizdən çox deyil”

Ekspertin sözlərinə görə, bir sıra xərclər var ki, onlar əvvəlki illərlə müqayisədə ya sabit qalıb, ya da artıb:

"Bu baxımdan biz birmənalı olaraq gözləməli deyilik ki, buğdanın qiyməti düşürsə, çörəyin də qiyməti düşəcək. Amma ehtimal var ki, buğdanın ucuzlaşması unun və çörəyin ucuzlaşmasına səbəb ola bilər”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun