Məlumdur ki, yuxu vəziyyəti yuxunun keyfiyyətinə təsir edə bilər.
E-saglam.az xəbər verir ki, yuxu mütəxəssisi Teresa Cheung Tom's Guide-a bildirib ki, müəyyən bir vəziyyətdə yatmaq da kabuslar görmə ehtimalını artıra bilər.
O, sol böyrü üstə yatan insanların kabuslar görmə ehtimalının daha yüksək olduğunu müəyyən edən bir araşdırma haqqında məlumat verdi. Bu mövqedə xoşagəlməz yuxuların olma ehtimalı 41%, sağda isə yalnız 15% təşkil edir.
Sol tərəfdə yatmaq kabuslarla əlaqələndirilə bilər, çünki bu mövqe ürəyə daha çox yük verir. Stress baş verəndə yuxunun keyfiyyəti pisləşir və qaçılmaz olaraq kabuslar gəlir.
Çunq deyir ki, arxa üstə yatmaq da xoşagəlməz yuxulara səbəb ola bilər. O, gecələr tənəffüs problemi yaşayan insanların dərin yuxudan REM yuxusuna keçid və kabuslar görmə ehtimalının daha yüksək olduğunu izah etdi.
Tərcümə: Könül Oruc