Yandex watch
Bu süd pis xolesterolu

Tədqiqatlar göstərir ki, bəzi bitki mənşəli südlər, xüsusilə də yulaf südü, tərkibindəki beta-qlükan adlı maddə sayəsində pis xolesterol kimi tanınan LDL-ni aşağı salmağa kömək edir. Üstəlik, bu içki həzm sistemindən tutmuş qan şəkəri balansına qədər bir çox istiqamətdə sağlamlıq üçün faydalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bir stəkan yulaf südündə 1,2 qrama qədər beta-qlükan ola bilər ki, bu da onu ürək dostu pəhrizlər üçün ideal edir.

Elmi sübutlar nə deyir?

66 kişi üzərində aparılmış tədqiqat göstərib ki, gündə 750 ml yulaf südü içən şəxslərin ümumi xolesterolu 3 faiz, LDL səviyyəsi isə 5 faiz azalıb. Daha geniş bir təhlil isə gündəlik 3,5 qram beta-qlükan qəbulunun LDL-ni 4 faiz endirdiyini göstərib. 2018-ci ildə nəşr olunan başqa bir araşdırma isə yulaf əsaslı içkilərin, birbaşa yulaf istehlakından daha uzunmüddətli və sabit təsir göstərdiyini ortaya qoyub.

Yulaf südünün digər faydaları

Yulaf südü yalnız xolesterolu tənzimləmir, eyni zamanda həzmi asanlaşdırır, qan şəkərini balanslaşdırmağa kömək edir və toxluq hissi yaratmaqla çəki nəzarətini dəstəkləyir. B vitamini ilə zəngin olan bu içki A və D vitaminləri, kalsium, kalium, maqnezium və sink kimi minerallarla da gücləndirilmiş formada təqdim olunur. Bu xüsusiyyətləri onu sümük sağlamlığı üçün də faydalı edir.

Əlavə olaraq, yulaf südü laktoza dözümsüzlüyü və süd allergiyası olan şəxslər üçün əla seçimdir. Ekoloji baxımdan da bu içki daha az su sərfiyyatı və daha davamlı istehsal prosesi ilə müasir sağlamlıq və ətraf mühit yönümlü həyat tərzinin mühüm hissəsinə çevrilir.

Tərcümə: Könül Oruc

E-saglam.az