Qidalanma
Bu şorba qırmızı ət və xaşa rəqibdir:
Qidalanma

Bu şorba qırmızı ət və xaşa rəqibdir: Sarımsaq əlavə etdikdə faydası 10 dəfə artır

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, göbələk şorbası zəngin qida dəyəri ilə immuniteti gücləndirir və xəstəliklərə qarşı qoruyur.

Tərkibindəki D vitamini, antioksidantlar və selen orqanizmin müdafiə sistemini dəstəkləyir.

Liflə zəngin olduğu üçün bağırsaq hərəkətlərini tənzimləyir və həzm sisteminə kömək edir.

İltihabı azaltmaq, beyin sağlamlığını gücləndirmək və yaddaşı yaxşılaşdırmaq kimi xüsusiyyətləri ilə diqqət çəkir.

Xolesterolu tənzimləyərək ürək-damar sağlamlığını qoruyur və sümük sağlamlığına müsbət təsir göstərir.

Sarımsaq əlavə edildikdə faydası daha da artır və şorba daha ləzzətli olur.

Tərkibi:

  • 500 q göbələk
  • 1 soğan, 2 diş sarımsaq
  • 2 xörək qaşığı kərə yağı
  • 1 çay stəkan qaymaq krem
  • 1,5 litr toyuq bulyonu/tərəvəz suyu
  • 1 xörək qaşığı un
  • Duz, istiot, kəklikotu və cəfəri (isteğe bağlı)

Hazırlanma qaydası:

  1. Göbələkləri doğrayın.
  2. Tavada kərə yağı ilə soğan və sarımsağı qovurun.
  3. Göbələkləri əlavə edib sote edin.
  4. Un əlavə edərək qovurmağa davam edin.
  5. Bulyon əlavə edib qaynadın, 10-15 dəqiqə bişirin.
  6. Qaymaq krem və süd əlavə edib qarışdırın.
  7. Əl blenderi ilə əzin. Üzərinə təzə cəfəri səpərək isti servis edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun