Qidalanma
Bu şəxslərin yeni il bayramından xərçəngə tutulma
Qidalanma

Bu şəxslərin yeni il bayramından xərçəngə tutulma ehtimalı aşkarlanıb

Rusiyalı radioterapevt Denis Romanov, Yeni il şənliyinin xərçəngə səbəb olması barədə yayılan narahatlıqları şərh edib.

E-saglam.az xəbər verir ki, o, bir bayram şənliyinin bu cür xəstəliklərə birbaşa səbəb ola bilməyəcəyini bildirib. Lakin bayram süfrələrində tez-tez təqdim edilən alkoqol, şəkərli içkilər, işlənmiş və qızardılmış ətlər kimi qidaların uzunmüddətli istehlakının sağlamlığa zərər verdiyini vurğulayıb.

Romanov qeyd edib ki, Yeni il tətillərində hərəkətsizlik və həddindən artıq yemək artıq çəkiyə gətirib çıxara bilər. Artıq çəki isə bədxassəli şişlərin yaranma riskini artıran mühüm faktorlardan biridir.

O, bayram günlərində fiziki fəaliyyətin qorunmasını, balanslı qidalanmanı və sağlam həyat rejiminə riayət edilməsini tövsiyə edib. Belə ki, sağlamlığınıza diqqət yetirərək bayram günlərini həm əyləncəli, həm də faydalı şəkildə keçirmək mümkündür.

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun