Qidalanma
Bu şəxslər hər gün banan
Qidalanma

Bu şəxslər hər gün banan yeməlidir

Dünyada bir çox insan yüksək xolesteroldan əziyyət çəkir. Onun səviyyəsi nə qədər yüksək olsa, ürək-damar xəstəliklərinin inkişaf riski bir o qədər yüksəkdir. Mütəxəssislər hesab edirlər ki, banan yemək ümumilikdə ürək-damar xəstəliklərinin qarşısının alınmasında faydalıdır.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, müntəzəm və ya hətta gündəlik banan yemək xolesterinin səviyyəsini aşağı salmağa kömək edə bilər. Xolesterolu azaltmaqla yanaşı, banan insanın sağlamlığını başqa yollarla da yaxşılaşdıra bilər.

Bir orta ölçülü bananda 3 qramdan çox lif, 5,9 milliqram kalsium, 422 milliqram kalium və yüksək miqdarda C vitamini və A vitamini var - bunların hamısı cəmi 105 kaloridir. Məsələn, digər şirniyyat növləri yerinə banan yesəniz, arıqlamağınız daha asan olacaq.

Həmçinin banan ideal enerji mənbəyidir, tərkibində B6 vitamini zəngindir, beynin fəaliyyətinə müsbət təsiri mövcuddur.(metbuat.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun