Yandex watch
Bu səhv saçlarınızın sürətlə

Son illərdə saçların erkən ağarması hər yaş qrupunda yayğın hal alıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Medical Park Ordu Xəstəxanasının Dermatoloji Mütəxəssisi Dos. Dr. Özlem Ekiz xəbərdarlıq edir ki, xüsusilə şüursuz şəkildə istifadə olunan saç boyaları, ağartıcılar, gel və spreylər saçlara ciddi zərər verərək melanosit hüceyrələrini məhv edir və nəticədə saçların vaxtından əvvəl ağarmasına səbəb olur.

Saçların rəngini qoruyan hüceyrələrə zərər veririk

Dr. Ekiz bildirir ki, saç telləri rəngini melanosit adlanan hüceyrələrin istehsal etdiyi melanin piqmentindən alır. Yaşlandıqca bu hüceyrələrin fəaliyyəti azalır, nəticədə saçlar ağarmağa başlayır. Lakin bu prosesin gənc yaşlarda da intensiv şəkildə baş verməsi əsasən xarici təsirlərlə, yəni istifadə edilən kimyəvi maddələrlə əlaqəlidir. Saç boyaları, ağartıcılar, gel və sprey kimi vasitələrin nəzarətsiz istifadəsi melanosit hüceyrələrini zədələyir və saçın öz təbii mexanizmini pozur.

Tərkibində silikon və sulfat olan məhsullara diqqət yetirin

Bazarda tez-tez rast gəlinən və qısa müddətdə nəticə vəd edən bir çox saç baxım məhsulu uzunmüddətli dövrdə saç sağlamlığına zərər verir. Sulfat tərkibli şampunlar saçın təbii yağ balansını pozaraq kökləri zəiflədir. Silikon əsaslı məhsullar isə saçın nəfəs almasını çətinləşdirir. Tərkibində ammonyak və peroksid olan boyalar isə yalnız rəngi dəyişdirmir, eyni zamanda saçın strukturuna da ziyan vurur.

Təbii məhsullara keçid və balanslı həyat tərzi əsasdır

Saç sağlamlığını qorumaq üçün təbii və orqanik tərkibli məhsullara üstünlük verilməlidir. Saçların tez-tez yuyulması da zərərlidir – həftədə 2-3 dəfə yumaq kifayətdir. Stressdən uzaq durmaq, balanslı qidalanmaq və vitamin çatışmazlıqlarını aradan qaldırmaq da vacibdir. Xroniki stress həm saç tökülməsini, həm də erkən ağarmanı sürətləndirir.

Erkən ağarmaya laqeyd yanaşmayın

Dr. Ekiz vurğulayır ki, saçların ağarması sadəcə estetik məsələ deyil. Ani və sürətli ağarmalar bəzən B12 vitamini çatışmazlığı, qalxanabənzər vəzin xəstəlikləri və autoimmün pozuntular kimi ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bu səbəbdən də erkən ağarma halında dermatoloqa müraciət etmək və müvafiq analizlərdən keçmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az