E-saglam.az xəbər verir ki, kimyəvi tərkibli məhsullar saç dərisində problemlərə, hətta allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə ekzema, göbələk və kəpəkdən əziyyət çəkənlər təbii həll yollarına üstünlük verirlər. Bu resept təkcə baş dərisini sakitləşdirmir, həm də saçlarınızı qidalandıraraq pambıq kimi yumşaq edir.
Evdə hazırlanması çox asandır
Sadəcə 5 dəqiqə ərzində bu kremi hazırlamaq mümkündür.
İnqrediyentlər:
1 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı qatıq
Hazırlanması:
- Zeytun yağı və qatığı bir qabda qarışdırın.
- Qarışığı baş dərisinə masaj edərək tətbiq edin, sonra saç uclarına çəkin.
- 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Faydaları nələrdir?
Ekzema və kəpək üçün təsirlidir: Qatıq baş dərisindəki bakteriyaların tarazlığını qoruyur, zeytun yağı isə iltihabı azaldır.
Saçları yumşaldır: Təbii inqrediyentlər saçlarınızı daha parlaq və hamar edir.
Göbələk infeksiyasına qarşıdır: Baş dərisini sakitləşdirərək infeksiyaların qarşısını alır.
Saç uzanmasını dəstəkləyir: E vitamini ilə zəngin zeytun yağı saç köklərini gücləndirir.
Bu təbii kondisioneri həftədə 1-2 dəfə istifadə edərək saçlarınızın sağlamlığında fərqi özünüz hiss edəcəksiniz.
Tərcümə: Könül Oruc