Qidalanma
Bu qidanın qəbulu sümüklərdən
Qidalanma

Bu qidanın qəbulu sümüklərdən kalsiumu çıxarır, bədəndə ödem əmələ gətirir

Mütəxəssislər hazır sousların çox vaxt yağ və duz tərkibinin çox olduğuna diqqət çəkərək, tərkibində zərərli kanserogen maddələrin də ola biləcəyini bildirirlər.

E-saglam.az xəbər verir ki, Qidalanma və Pəhriz Mütəxəssisi Hülya Yiğit, hazır sousların tez-tez istehlakının bədəndə ödem əmələ gəlməsinə, həddindən artıq duz qəbulu səbəbiylə sümüklərdən kalsiumun çıxmasına, qarın ətrafında piylənməyə səbəb ola biləcəyini ifadə edərək, tərkibindəki maddələrin hiperaktivliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.

Hazır sousların tez-tez istifadəsi xüsusilə uşaqlarda bir çox problem yarada bilər. 

Mədə problemi olanlar diqqətli olmalıdırlar

Xüsusilə qastrit, reflü kimi mədə problemi olan şəxslərin hazır sousları istehlak edərkən daha diqqətli olması lazımdır. Unudulmamalıdır ki, hazır souslarda olan monosodyum glutamat (MSG), rəngləndiricilər və qoruyucu maddələr xüsusilə uşaqlarda hiperaktivliyi artıra bilər.

Hazır sous dedikdə ağlımıza ketçup, mayonez, barbekyu sousu, acı sous, soya sousu və beşamel sousu kimi klassik souslar gəlir.

Bəs bu növ hazır souslar nə dərəcədə sağlamdır?

Hazır souslar çox vaxt yüksək yağ və duz ehtiva edir. Qızartma və yüksək temperaturla təmas da əksər sousların istehsalında iştirak etdiyi üçün onların tərkibində sağlamlıq üçün zərərli olan kanserogen maddələr ola bilər. Hazır sousların tez-tez istifadəsi bədəndə həddindən artıq duz qəbulu səbəbiylə sümüklərdən kalsiumun çıxmasına, qarın ətrafında piylənməyə səbəb ola bilər.

Qeyd edək ki, dadını bəyəndiyiniz bir çox sousu evdə asanlıqla hazırlaya bilərsiniz. Üstəlik də, heç bir konservant əlavə etmədən.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun