Bu qidanın 1 qaşığı ömrü YARIM SAAT UZADIR
Bu qidanın 1 qaşığı ömrü YARIM SAAT UZADIR

ABŞ-da aparılan bir tədqiqatda qida maddələrinin sağlamlığımıza təsiri və ömrümüzə necə təsir etdiyi araşdırılıb.

E-saglam.az xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları 6000 qidanın karbon izini ölçən və qida maddələrinin təsirini hesablayan ölçmə metodu tətbiq ediblər. Sağlamlıq Qidalanma İndeksi adlanan üsulla yemək və qəlyanaltıların sağlamlığa təsiri hesablanıb. Bir qram qidanın sağlamlıq yükü hesablandıqdan sonra standart porsiya ölçüsünə əsasən nəticə əldə edilir. Məlum olub ki, istehlak edilən hot-doqlar insan ömrünü 36 dəqiqə qısaldır. Bir qram işlənmiş ətin orta hesabla 0,45 dəqiqə itkisi olur. Hotdogda 61 qram işlənmiş ət 27 sağlam dəqiqənin itirilməsinə səbəb olur.

1 porsiya qoz ömrü 26 dəqiqə uzadır. Qazlı rəngli içkilərsə həyatımızdan 12,5 dəqiqə oğurlayır. Bir qamburger ömrü 10 dəqiqə qısaldır, meyvələr isə eyni dərəcədə uzadır

Ət yeyən şəxs gündəlik kalorisinin 10 faizini işlənmiş ət və ya qırmızı ət əvəzinə qoz-fındıq, tərəvəz və ya meyvələrlə əvəz edərsə, həyatına 48 sağlam dəqiqə əlavə etmiş olar.

Fıstıq yağı mürəbbəsi insan ömrünü 30 dəqiqə uzadır. Fıstıq yağı idmançıların vazkeçilməz qidalarından biridir. Bunun səbəbi tərkibindəki protein miqdarıdır. Fıstıq yağında doğmamış yağ nisbəti də kifayət qədər yüksəkdir. Bu ürək sağlamlığı üçün də faydalıdır. Doymamış yağlar da tip 2 diabetin yaranmasına profilaktik təsir göstərir. Bu səbəbdən fısztıq yağı yaddaşı gücləndiricidir, cinsi istəyi artırmağa kömək edir, serotonin hormonunun ifrazını təmin edir. Depressiya kimi vəziyyətlərin qarşısını alır.

medicalmedia.az