Qidalanma
Bu qidanı çox istifadə etmək ziyandır,
Qidalanma

Bu qidanı çox istifadə etmək ziyandır, hətta xəstəliklərə səbəb olur - DİQQƏT!

Şəkərin həddindən artıq istifadəsi sağlamlığınıza ciddi zərər vura bilər.

E-saglam.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Qeyd olunub ki, artan şəkər istehlakı artıq çəki, diabet, ürək xəstəlikləri və diş problemlərinin yaranma riskini artırır.  

“Gün ərzində daha çox su içmək, təbii meyvələrlə şəkəri əvəz etmək və qida seçimlərində daha diqqətli olmaq şəkər istifadəsini azaltmağın effektiv yollarındandır. Bundan əlavə, şəkərin həddən artıq istifadəsi yorğunluğa və dəridə erkən yaşlanmaya gətirib çıxarır”, - qurum bildirib.

TƏBİB həmçinin vurğulayıb ki, insanlar şəkərdən istifadə və qidalanma vərdişlərini yenidən nəzərdən keçirməklə uzunmüddətli sağlamlığa nail ola bilərlər.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun