Qidalanma
Bu qidaları yeyənlər özlərini daha xoşbəxt hiss edir –
Qidalanma
151

Bu qidaları yeyənlər özlərini daha xoşbəxt hiss edir – alimlər səbəbini açıqladı

Alimlər aparılan son araşdırmalarda bəzi qidaların beyində “xoşbəxtlik hormonları”nı artırdığını təsdiqləyib.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu qidaları rasiona əlavə edən insanlar özlərini daha sakit, enerjili və emosional olaraq daha balanslı hiss edir.

Ən güclü təsir göstərən qidalar arasında banan, qara şokolad, qoz-fındıq, balıqyoqurt önə çıxır. Bu məhsullar serotonin və dopamin istehsalını artıraraq beyində təbii “xoşbəxtlik effekti” yaradır.

Psixi sağlamlıq üzrə mütəxəssislər bildirir ki, xüsusilə omega-3 ilə zəngin balıq, həm beynin işini gücləndirir, həm də stress hormonlarını azaldır. Qara şokolad isə tərkibindəki flavonoidlər sayəsində əhvalı qısa müddətdə yüksəldir.

Mütəxəssislər qeyd edir ki, bu qidaların gücü təkcə hormonlara təsirdə deyil. Onlar həm də bağırsaq florasını yaxşılaşdırır və bu da birbaşa əhval-ruhiyyəyə təsir edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun