Sağlamlıq
Bu qidalardan uzaq durdu,
Sağlamlıq

Bu qidalardan uzaq durdu, cəmi bir həftədə dəyişdi

Bağırsaqlarımızdakı mikroorqanizmlər – mikrobiota – sağlamlığımızın gizli tənzimləyicisidir. Tərkibində trilyonlarla bakteriya, virus və göbələk olan bu “görünməz orqan” təkcə həzmlə kifayətlənmir; immunitetdən tutmuş əhval-ruhiyyəyə, yuxu rejimindən neyrodegenerativ xəstəliklərə qədər bir çox proseslərə təsir edir.

E-saglam.az xəbər verir ki, nutritionist Linda Jungwirth mikrobiotanı “həzm sistemində yaşayan və genetik materiallarla birlikdə çalışan mikroorqanizmlər birliyi” kimi xarakterizə edir. Onun sözlərinə görə, bu canlı icma qida liflərini qısa zəncirli yağ turşularına çevirərək bağırsaq divarını qoruyur və immunitet hüceyrələrinin formalaşmasına kömək edir.

Mikrobiotasız yaşamaq mümkün deyil

Qastroenteroloq Dr. Facundo Pereyra mikrobiotanı serotonin, butirat, K və B vitaminləri vasitəsilə beyin və bağırsaq arasında əlaqə quraraq “mikrobiotasız yaşamaq mümkün deyil” fikrini müdafiə edir. Onun sözlərinə görə, bu səbəbdən mikrobiota “görünməz orqan” adlandırılır.

Mikrobiota balansını pozan əsas amillər:

– Rafinə şəkər və emal olunmuş qidalar faydalı mikrobların müxtəlifliyini azaldır
– Antibiotiklər mikrobiotik tarazlığı uzun müddət poza bilər
– Stress və yuxu pozğunluqları bağırsaq keçiriciliyini artırır
– Oturaq həyat tərzi zərərli növlərin çoxalmasına səbəb olur

Mikrobiota doğum növü, ana südü ilə qidalanma, yaş və həyat tərzinə görə daim dəyişir. Körpəlikdə təbii doğuş və ana südü mikrobiotik müxtəlifliyi artırır, yaşlandıqca isə faydalı növlərin azalması zərərli mikrobların artmasına yol aça bilər.

Zədələnmiş mikrobiotanı necə bərpa etməli?

Mütəxəssislər bağırsaq istirahətini, bir həftəlik eliminasiya pəhrizlərini (məsələn, özü, süd və emal olunmuş qidaları istisna etmək), probiyotiklərlə zəngin qidalanmanı və stressin idarə olunmasını tövsiyə edirlər. Qastroenteroloq Pereyra bildirib ki, hətta həzm və iltihab əlamətləri olmayan şəxslər belə, pəhrizlərinə gündəlik fermentləşdirilmiş qidalar və müxtəlif tərəvəzlər daxil etməlidirlər.

 

Su istehlakı, müntəzəm fiziki fəaliyyət, keyfiyyətli yuxu və zehni rifahın qorunması – mikrobiotanın bərpası üçün vacib elementlərdir. Pereyra son olaraq vurğulayır: “Bağırsağın sağlamlığını yaxşılaşdıranda hər şey yaxşılaşır. Hippokratın dediyi kimi, hər bir xəstəlik bağırsaqda başlayır”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun