Sağlamlıq
Bu qidalar unutqanlığa
Sağlamlıq

Bu qidalar unutqanlığa son qoyur

E-saglam.az xəbər verir ki, B vitamini, xüsusilə B12 çatışmazlığı, unutqanlığın əsas səbəblərindən biri hesab olunur. Bu vitamini qırmızı ət, qaraciyər və süd məhsulları təmin edir. Yumurta isə yüksək keyfiyyətli zülal və xolin tərkibi ilə beynin funksiyalarını dəstəkləyir. Qatıq tərkibindəki tirozin sayəsində beyin funksiyalarını yaxşılaşdırır və yaddaşı gücləndirir.

İspanaq A, C, E və K vitaminləri, dəmir, maqnezium və kalsiumla zəngin olduğuna görə beyin sağlamlığına müsbət təsir göstərir. Tərkibindəki antioksidantlar yaddaş zəifliyinin qarşısını almağa kömək edir. Zərdəçal isə beyində yeni hüceyrələrin yaranmasını dəstəkləyir və antioksidant xüsusiyyətləri ilə yaddaşı qoruyur.

Beyin funksiyasını gücləndirən digər faydalı içkilərdən biri də yaşıl çaydır. Araşdırmalar yaşıl çayın müntəzəm istehlakının demans və unutqanlığa səbəb olan degenerativ proseslərin qarşısını almağa kömək etdiyini göstərib.

Sağlam və balanslı qidalanma ilə beynin funksiyalarını qoruyub yaddaşı gücləndirmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun