Sağlamlıq
Bu qidalar qocalma əlamətlərini
Sağlamlıq

Bu qidalar qocalma əlamətlərini azaldır

Düzgün məhsulları seçməklə, qocalmanın mənfi təsirlərindən qaça və uzun illər sağlamlığınızı qoruya bilərsiniz.

E-saglam.az xəbər verir ki,  flavonoidlərlə zəngin qidalar – giləmeyvə, qara çay, sitrus meyvələri və alma – zəiflik, fiziki funksiyaların azalması və psixi sağlamlıq kimi qeyri-sağlam yaşlanma əlamətlərini əhəmiyyətli dərəcədə azalda bilər. Bu nəticəyə Edith Cowan Universiteti (Avstraliya), Queen's University Belfast (Şimali İrlandiya), eləcə də onların ABŞ və Danimarkadan olan həmkarları 86 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər. Tədqiqatın nəticələri "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.

İştirakçılar pəhriz, həyat tərzi və sağlamlıqla bağlı müntəzəm sorğuları doldurdular. Təhlil flavonoidlərin qəbulu ilə yaşa bağlı dəyişikliklər arasındakı əlaqəni qiymətləndirmək üçün 60 yaşdan yuxarı insanlara yönəldilib.

Daha çox çay, göyərti, alma və sitrus meyvələri istehlak edən qadınlarda zəiflik riski 11-21%, fiziki qüsur riski 4-14% və psixi sağlamlıq problemləri riski 10-15% daha az idi. Kişilərdə yalnız psixi sağlamlıqla əhəmiyyətli bir əlaqə tapıldı.

Gündə üç porsiya flavonoid qida qəbulunun artırılması yaşa bağlı pozulmaların riskini qadınlarda 6-11%, kişilərdə isə 15% azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun