"Un məmulatları, qəhvə və tortların həddindən artıq istehlakı qan qatılaşmasına səbəb olur".
E-saglam.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, qənnadı məmulatları qan axınına mənfi təsir göstərir: “Xəmir, şirniyyat, tort yedikdən sonra qan az qala şərbət kimi olur. Qatılaşmaya və laxtalanmaya daha həssas olur".
Diyeteoloq bildirib ki, duz və ispanaq kimi K vitamini ilə zəngin qidalardan yersiz istifadə trombozun inkişafına səbəb ola bilər. Həmçinin onun sözlərinə görə, susuzluğa səbəb olan qəhvə qanın özlülüyünə mənfi təsir göstərir: "Sağlamlıq baxımından belə problemlərdən qaçmaq üçün diyetoloq daha çox su içməyi və menyuya zeytun və kətan yağları, çuğundur, sarımsaq, limon, moruq və müxtəlif yabanı giləmeyvə daxil etməyi məsləhət görüb. Bu məhsulların tərkibində qanı durulaşdıran və bununla da qan laxtalarının əmələ gəlməsinin qarşısını alan maddələr var, deyə həkim izah edib".
Tərcümə: Könül Oruc