Qidalanma
Bu qidalar heç vaxt qarışdırılmamalıdır:
Qidalanma
312

Bu qidalar heç vaxt qarışdırılmamalıdır: mədədə narahatlıq yaradır

Bəzi qidalar təhlükəli birləşmə yarada və mədə problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər heç vaxt qarışdırılmaması lazım olan məhsulları sadalayıblar.

Qazlı içkilər və pizza. Bu klassik birləşmə mədəyə mənfi təsir göstərə bilər. Pizzadakı təmizlənmiş karbohidratlar sodaya əlavə edilmiş şəkərlə birləşərək qan şəkərinizin artmasına səbəb ola bilər. Pizza həm də yağlı yeməkdir və onu qazlı içkilərlə qarışdırmaq həzm sisteminə zərər verə bilər, diskomfort və şişkinliyə səbəb ola bilər.

Meyvələr və taxıllar. Həssas mədəsi olan insanlar üçün, həzm müddətlərinin fərqliliyinə görə meyvələri taxıllarla birləşdirmək yaxşı fikir olmaya bilər. Meyvələr mədə tərəfindən asanlıqla həzm olunur, taxıl isə daha uzun müddət həzm olunur. Bu məhsulların birlikdə istifadəsi narahatlıq yarada bilər.

Qəhvə və dəmirlə zəngin qidalar. Qəhvə və çayın tərkibində dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olan maddələr var.

Yumurta və ət. Yumurtanı ətlə, məsələn, kolbasa ilə birləşdirmək həzm sisteminə zərər verə bilər. Yumurta və ət çox miqdarda protein ehtiva edir ki, bu da protein yüklənməsinə və mədə narahatlığına səbəb ola bilər.

Qatıqlar və giləmeyvə. Qatıq qələvi məhsuldur və bir çox meyvə və giləmeyvə asidik mühitə malikdir. Bu birləşmə mədə narahatlığına da səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun