Yandex watch
Bu qidalar çox sağlıqlı olsa da,

Uroloq Artur Boqatırev belə deyir ki, hətta sağlam qidalar da normada istehlak edilməlidir, çünki onların bəziləri böyrəklərə zərər verə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, həkim "Kulik" xəbər agentliyinə bu məhsulların adını verib.

Həkimin sözlərinə görə, qoz-fındıq, çuğundur, turşəng, kəpək, ispanaq və avokado ümumilikdə çox faydalı qidalar ola bilər, lakin böyrəklər üçün zərərlidir. Çünki bu qidaların tərkibində çoxlu miqdarda oksalatlar var.

Həkim qeyd edib ki, ət, yağ, qəhvə və çayın həddindən artıq istehlakı da böyrəklərə zərər verə bilər:

"Tərkibində çox miqdarda kalsium olan süd məhsulları ilə də diqqətli olmalısınız, bu, həddindən artıq olarsa, sidiklə çox miqdarda ifraz olunur, bu da urolitiyaz riskini artırır". 

"Orqanizmdə həddindən artıq duz qəbulu su-duz balansını pozur, mayenin bədəndə saxlanmasına səbəb olur. Buna görə də duz istehlakı da məhdudlaşdırılmalıdır" - deyə, Bogatyrev əlavə etdi. O, həmçinin çips, kartof qızartması və şokoladdan uzaq durmağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

#böyrək #böyrəkxəstəliyi #xəstəliklər #böyrəyəziyanlıqidalar