Xəstəliklər
Böyrəkdə daş yaradan qidalar –
Xəstəliklər
409

Böyrəkdə daş yaradan qidalar – hansı ərzaqlar riski artırır?

Böyrək daşları son illərdə daha çox rast gəlinən sağlamlıq problemlərindən biridir və bu prosesdə gündəlik qidalanma əsas rol oynayır. Mütəxəssislər bildirir ki, bəzi qidaların həddindən artıq qəbulu böyrəklərdə daş yaranması riskini ciddi şəkildə artıra bilər.

E-saglam.az xəbər verir ki, böyrək daşlarının ən yayılmış növü kalsium oksalat kristallarından formalaşır. Orqanizmdə oksalat səviyyəsi yüksəldikdə bu maddə kristallaşır və zamanla böyüyərək daşlara çevrilir.

Böyrək daşına səbəb olan əsas qidalar arasında artıq duz, həddindən çox heyvan mənşəli zülallar və oksalatla zəngin məhsullar yer alır. Xüsusilə tünd şokolad, ispanaq kimi yarpaqlı göyərtilər, yaşıl bibər, çuğundur, əncir, moruq, qoz-fındıq və qarabaşaq bu baxımdan riskli hesab olunur.

Bununla belə, bu qidaları tamamilə rasiondan çıxarmaq düzgün deyil. Mütəxəssislər vurğulayır ki, yalnız analizlərdə oksalat səviyyəsi yüksək olduqda onların qəbulu məhdudlaşdırılmalıdır.

Profilaktika üçün əsas yanaşma balanslı qidalanmadır. Rasionda bitki mənşəli qidaların artırılması, duz və ət məhsullarının azaldılması, həmçinin kalsiumla zəngin süd məhsullarının müntəzəm istifadəsi böyrək sağlamlığını qorumağa kömək edir.

Böyrək daşlarının qarşısını almaq üçün düzgün qidalanma vərdişləri formalaşdırmaq və risk faktorlarını vaxtında nəzərə almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun