Sağlamlıq
Bu qidalar bağırsaqları təmizləyir!
Sağlamlıq

Bu qidalar bağırsaqları təmizləyir! Bədəndən toksinləri çıxarır və bədəni yeniləyir

Sağlam olmaq üçün bədəndəki toksinləri sistematik şəkildə çıxarmaq lazımdır. Qeyri-sağlam qidalanma və oturaq həyat tərzi bağırsaqların, böyrəklərin və qaraciyərin nizamlı fəaliyyətini pozur.

E-saglam.az xəbər verir ki, bağırsaqları təmizləyən və bədəndən toksinləri çıxaran qidaları təqdim edir...

Badam

Tərkibində prebiyotik lif olan badam ən sağlam yağlardan biridir. Qəlyanaltı kimi istehlak edilən bir ovuc badam bağırsaq florasını qoruyur. Badam E vitamini mənbəyi kimi tanınır və pis xolesterini aşağı salır. Badam sizi tox tutaraq qan şəkərini balanslaşdırır və tərkibindəki maqnezium sayəsində sümükləri gücləndirir.

Banan

Banan bağırsaq baryerini gücləndirir və bol miqdarda kalium ehtiva edir. Qısa müddətdə bədəndən toksinlərin çıxarılmasına kömək edir.

Zoğal

Sidik yolu infeksiyalarına qarşı çox faydalı olan zoğal, tərkibindəki antioksidant sayəsində bağırsaq sağlamlığını qoruyur. Bağırsaq sağlamlığını qoruyan zoğal həftədə bir dəfə istehlak edildikdə xərçəngdən qoruyur.

Alma

Alma çoxlu pektin ehtiva edir. Almalar həzm sistemini dəstəkləyir və tərkibindəki lif sayəsində sizi uzun müddət tox saxlayır.

Zəncəfil

İltihab əleyhinə xüsusiyyətlərə malik olan zəncəfil bağırsaq iltihabını azaldır. Bədəndəki infeksiyaya son verən zəncəfil immunitet sistemini gücləndirir.

Sarımsaq

Sarımsaq təbii dərman kimi tanınır, çünki tərkibində prebiyotiklər var və immunitet sistemini gücləndirir. Sarımsaq orqanizmi xərçəngdən qoruyur, həmçinin xolesterini aşağı salır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun