
Ağ düyü yüksək glisemik indeksi səbəbindən qan şəkərini sürətlə artırır. Lakin düzgün bişirmə üsulları ilə bu təsiri azaltmaq mümkündür.

E-saglam.az xəbər verir ki, bişmiş düyünü soyudub sonra qızdırmaq nişasta strukturunu dəyişdirərək həzmi yavaşladır və qlükozanın qana daha yavaş daxil olmasına kömək edir. Ən azı 12 saat soyudulmuş düyü, qızdırıldıqdan sonra da bu təsiri qoruyur.
Kokos yağı əlavə etmək də nişastanın kristallaşmasına və həzmin ləngiməsinə səbəb olur. Bu üsul qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır və bağırsaq sağlamlığına fayda verir.
Bu sadə texnikalar düyünün qan şəkərinə təsirini azaltmağa kömək edə bilər.
Tərcümə: Könül Oruc