
Qəhvə artıq sadəcə içki deyil, həyat tərzidir.

E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir: bəzi südlü və ətirli qəhvələr yüksək şəkər, yağ və kalori ilə sağlamlığa təhlükə yaradır. Xüsusilə mocha, chai latte və Pumpkin Spice Latte kimi içkilər əlavə şərbət və krem tərkibi ilə risklidir.
Mütəxəssislər bildirir ki, ən sağlam seçim sadə qəhvədir – filtr, espresso və amerikano kimi qatqısız içkilər həm faydalıdır, həm də kalorisizdir. Düzgün miqdarda içildikdə qəhvə diabetə qarşı qoruyur, qaraciyərə və beyin sağlamlığına müsbət təsir edir. Gündə 2-5 fincan kifayətdir – ifrat kofein isə narahatlıq və yuxusuzluq yarada bilər.
Tərcümə: Könül Oruc