Gözəllik-dəb
Bu problemin çarəsi alma sirkəsindəymiş -
Gözəllik-dəb
265

Bu problemin çarəsi alma sirkəsindəymiş - Sadəcə 1 çay qaşığı əlavə etmək kifayətdir

Yeməklərimizdə tez-tez istifadə etdiyimiz alma sirkəsi də sağlamlığımız üçün böyük xilaskar ola bilər. Türk mətbəxinin vazkeçilməz ləzzəti olan bu ləzzət düzgün istifadə edildiyi təqdirdə mat saçlar üçün də xilasedici ola bilər.

E-saglam.az xəbər verir ki, turşu quruluşuna görə salat və ya xəmir yeməklərində üstünlük verilən alma sirkəsi təmizlikdə də tez-tez istifadə edilir.

Mütəxəssislər, sirkənin ən çox yayılmış iki istifadəsi ilə yanaşı, sağlamlıq və şəxsi baxım üçün də istifadə edilə biləcəyinə diqqət çəkiblər.

Su ilə qarışdıraraq saçınıza çəkin

Saf formada kifayət qədər kəskin olan sirkə dəri və saç baxımı üçün istifadə etməzdən əvvəl su ilə yüngülləşdirilməlidir. Bu şəkildə alma sirkəsi tonlarla pula başa gələn bir çox fərdi qulluq məhsullarından daha təsirli olur və onun ən təsirli istifadəsi solğun saçlarda olur.

Sənaye üsulu ilə istehsal olunan məhsullar olan şampunlar və kondisionerlər müntəzəm istifadədən sonra saçları tez soldurur. Effektiv alma sirkəsi ilə müalicə saçınızdakı matlığı və kövrəkliyi aradan qaldıracaq və sürətli bərpaya kömək edəcəkdir.

Saçınızı şampunla yuduqdan sonra bir stəkan ilıq suya qarışdırılmış alma sirkəsini saçınıza çəkin, 2 dəqiqə gözləyin və yaxalayın.

Sirkə şəxsi qulluq məhsullarına alternativ olaraq da istifadə edilə bilər. Yuyunduqdan sonra qoltuqaltılarınıza az miqdarda sirkə çəksəniz, dezodorant rolunu oynayacaq. Antibakterial xüsusiyyətləri sayəsində pis qoxunun da qarşısını alır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun