Qidalanma
Bu növ yağla bişirilən yeməklərin xərçəng riski barədə
Qidalanma
345

Bu növ yağla bişirilən yeməklərin xərçəng riski barədə xəbərdarlıq edildi

Qastroenteroloq Sergey Vyalov yalnız bir növ yağla hazırlanan yeməklərin xərçəng riskini artıra biləcəyini açıqlayıb.

E-saglam.az xəbər verir ki,  Vyalovun izahına görə, kərə yağının tərkibindəki doymuş yağlar uzun müddət yüksək temperaturda qızdırıldıqda kanserogen birləşmələrə çevrilir. Qızartma prosesi nə qədər uzun davam edərsə, orqanizm üçün bir o qədər təhlükəli maddələr əmələ gəlir.

Mütəxəssis yemək bişirmək üçün yüksək tüstü nöqtəsinə malik bitki yağlarından istifadə etməyi tövsiyə edir. Bunlara misal olaraq avokado yağı, rafinə edilmiş zeytun yağı və günəbaxan yağı göstərilə bilər.

Əgər qızartmaqdan tamamilə imtina etmək mümkün deyilsə, Vyalov ən azı qızartma müddətini qısaltmağı məsləhət görür. Bu sadə addım zərərli birləşmələrin əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaldacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun