Bu məhsullar insanı
Bu məhsullar insanı

Fast food və şəkər sağlam və gözəl dərinin əsas düşmənidir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər əksər hallarda dərinin sağlamlığının və gözəlliyinin qidalanmadan asılı olduğunu bildirirlər.

Dərinin əsas düşməni şəkərdir. Çünki qlikasiyaya - şəkərlərin zülallarla birləşməsi və kollagenin daha da sıxılmasına səbəb olur. Bu proses qırışların əmələ gəlməsini sürətləndirir. Bununla belə, şəkərdən tamamilə imtina etməyə ehtiyac yoxdur, sadəcə pəhrizdə onun mövcudluğunu minimuma endirmək lazımdır. Eyni səbəbdən gündəlik menyuda sürətli karbohidratların miqdarını azaltmaq lazımdır.

"Fast food", qəlyanaltılar və spirtli içkilər də dəri sağlamlığına mənfi təsir göstərir. Alkoqol, bədənin susuzlaşmasına səbəb olur, buna görə də üzdə hörümçək damarları görünür və incə qırışlar əmələ gəlir.

Həmçinin kökəlməyə meylli insanlar saat 19:00-dan sonra meyvə yeməməlidirlər. Onun tərkibində fruktoza var, bu da bədəndən suyu çəkir. Meyvəyə alternativ olaraq antioksidantlarla zəngin giləmeyvə uyğundur: moruq, qaragilə, qarağat, zoğal.

Sağlam dərini qorumaq üçün lif və protein istehlak etmək lazımdır. Bitki zülalları heyvan zülallarını əvəz edə bilməz. Sağlam dəri üçün təkcə düzgün yemək deyil, ümumiyyətlə sağlam həyat tərzi keçirmək vacibdir. Kifayət qədər yatmaq, stresslə mübarizə aparmaq, mütəmadi olaraq idmanla məşğul olmaq lazımdır. 

Tərcümə: Könül Oruc

E-saglam.az