Bu məhsullar bədən hüceyrələrini
Bu məhsullar bədən hüceyrələrini

Qoz-fındıq, avokado və yağlı balıqlarda olan faydalı doymamış lipidlər pəhrizə daxil edilməlidir, çünki onlar hormonal balansı qorumaq və bədən hüceyrələrini qurmaq üçün lazımdır.

E-saglam.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” (RG) məlumat yayıb.

Balanslaşdırılmış pəhriz təxminən 30 faiz sağlam yağlardan ibarət olmalıdır.

Erkən qocalmanın qarşısını almaq üçün mütəxəssislər mütəmadi olaraq paxlalı bitkilər, quş əti və ağ balıq yeməyi məsləhət görürlər. Bu məhsullar orqanizmi insanın əzələləri, sümükləri və daxili orqanları üçün tikinti materialı olan bitki və heyvan mənşəli zülalla təmin edir.

Mütəxəssislərin başqa bir tövsiyəsi də qida rasionunuza tam taxıl çörəyi, yulaf, qəhvəyi düyü, kəsmik, süd, pendir və kefir daxil etməkdir. Bu məhsullar həmçinin dərinizin gənc və sağlam qalmasına kömək edir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az