Diyetoloq Daria Rusakovanın URA.RU-ya verdiyi açıqlamaya görə, süd göbələkləri bəzi insanlar üçün sağlamlıq baxımından təhlükəli ola bilər.
E-saglam.az-ın məlumatına görə, xüsusilə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bu göbələklərdən uzaq durmalıdırlar.
Mütəxəssis xəbərdarlıq edir ki, süd göbələkləri hamilə qadınlar və məktəbəqədər yaşda olan uşaqlar üçün də uyğun deyil. Göbələyin tərkibindəki çətin həzm olunan xitin qatı mədədə ağırlıq və narahatlıq yarada bilər. Eyni zamanda, allergiyaya meyilli şəxslərin də bu məhsulu qəbul edərkən ehtiyatlı olmaları tövsiyə olunur.
Qaynadılmış südlü göbələklər hər nə qədər aşağı kalorili və aşağı qlisemik indeksə malik olsa da, onların çiy halda istehlakı zəhərlənmə riski daşıyır. Xüsusilə turşuya qoyulmuş süd göbələkləri əlavə təhlükə yaradır, çünki bu cür məhsullarda duz miqdarı yüksək olur. Bu isə böyrək xəstəlikləri və hipertoniya problemi olan şəxslər üçün zərərli ola bilər.
Tərcümə: Könül Oruc