Sağlamlıq
Bu iki vərdiş dəmirin udulmasını məhv edir:
Sağlamlıq
465

Bu iki vərdiş dəmirin udulmasını məhv edir: İllərdir etdiyiniz ən böyük səhv

Diyetoloq Sümeyye Qorxmaz vitamin və mineral çatışmazlığı ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

E-saglam.az xəbər verir ki, Qorxmaz, xüsusilə B12 vitamini və dəmir çatışmazlığının cəmiyyətdə çox olduğunu, dəmir çatışmazlığının isə xüsusilə qadınlarda rast gəlindiyini bildirib.

Korkmaz, "Dəmirin udulmasını azaldan və ya maneə törədən müəyyən yemək vərdişləri var. Məsələn, dəmir və ya dəmir əlavələri yüksək olan qidalarla çay və qəhvə içməyin; ən az iki saat ara ilə qəbul edin. Eyni şəkildə süd, qatıq, ayran kimi süd məhsulları da dəmirin udulmasını azaldır. Bu səbəbdən dəmirdən zəngin qidalarla birlikdə istehlak edilməməlidir", - dedi.

Dəmirlə zəngin qidalar arasında ət, toyuq, balıq, paxlalılar, quru meyvələr, qoz-fındıq və yaşıl yarpaqlı tərəvəzlərin olduğunu ifadə edən Qorxmaz, xolesterol problemi olmayanlar üçün qaraciyər kimi içalatlara da üstünlük verilə biləcəyini söylədi.

"B vitamini çatışmazlığının da tez-tez rast gəlinir. Əskiklik olmasa belə, B3K2 formasını gündə 10 kiloya bir damcı olaraq istifadə etməyi məsləhət görürəm. Mən də belə istifadə edirəm. Bundan əlavə, gündəlik istifadə üçün omeqa-3 və ya krill yağı formalarına üstünlük verilə bilər", - dedi.

Mütəxəssis vitamin və mineral çatışmamazlıqlarının aradan qaldırılmasının təkcə qan dəyərlərini deyil, həm də maddələr mübadiləsi sürətini, arıqlamağı və ideal çəkini qoruduğunu bildirib. 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun