Sağlamlıq
Bu içkinin verdiyi qüvvəti nə ayran, nə də kefir vermir:
Sağlamlıq

Bu içkinin verdiyi qüvvəti nə ayran, nə də kefir vermir: B12 vitamini ilə qan azlığını müalicə edir

Qırğız süfrələrinin vazkeçilməz içkisi olan at südü (qımız), zəngin mineral və vitamin qaynağıdır və sağlam həyat hədəfləyənlər üçün alternativ qida mənbəyi kimi diqqət çəkir.

E-saglam.az xəbər verir ki, Orta Asiyada uzun müddətdir istifadə edilən bu içki, Rusiyalı həkimlər tərəfindən də sağlamlıq üçün faydalı olaraq qəbul edilmişdir.

Qımız, qıcqırdılmış madyan südündən hazırlanır və təbii probiotiklər ehtiva edir. Bu içki həzm sistemini tənzimləyir, immuniteti gücləndirir və enerji verir. Qımızın tərkibindəki B vitaminləri, kalsium, fosfor və digər minerallar sümük sağlamlığını dəstəkləyir, sinir sistemini gücləndirir.

Ənənəvi olaraq, döyüşçülər və köçərilər bu içkini fiziki dözümü artırmaq və yorğunluğu aradan qaldırmaq üçün istifadə edirdilər.

Qımız, həmçinin qan azlığını müalicə edən B12 vitamini ilə zəngindir və bronxit, astma kimi tənəffüs xəstəliklərinin müalicəsində faydalı ola bilər. Bu unikal içki, türk və Orta Asiya xalqlarının mədəniyyətində mühüm yer tutur və sağlamlıq üçün çox faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun