“Science Advances” jurnalında dərc edilən bir araşdırma, spirtin uzun müddət ərzində beyin funksiyasını necə dəyişdirə biləcəyinə dair ilk inandırıcı sübutu təqdim edir.
E-saglam.az xəbər verir ki, Cons Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, həddindən artıq spirt istehlakı beynin qərar qəbul etmək üçün məsul olan nahiyələrinə uzunmüddətli zərər verə bilər. Təcrübələrdə yüksək dozada spirt verilmiş siçovullar qərar vermə testlərində spirtə məruz qalmayanlardan daha pis nəticə göstərdilər. Alimlər bu davranış problemlərini adaptiv davranışdan məsul olan beyin bölgəsi olan dorsomedial striatumun zədələnməsi ilə əlaqələndirirlər.
Maraqlıdır ki, koqnitiv çatışmazlıqlar əsasən erkək siçovullarda müşahidə olunub ki, bu da beynin spirtə həssaslığında cinsi fərqlərin mövcudluğunu göstərə bilər. Bu tapıntılar alkoqol asılılığı olan insanlarda yüksək residiv nisbətlərini izah etməyə və müalicəyə yeni yanaşmalar təklif etməyə kömək edə bilər.
Tərcümə: Könül Oruc