Xəbərlər
Bu gün Od çərşənbəsidir
Xəbərlər

Bu gün Od çərşənbəsidir

Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə, bu gün odun müqəddəsliyi və təmizləyici gücü ön plana çıxır.

E-saglam.az xatırladır ki, bu çərşənbədə insanlar tonqal qalayır, onun üzərindən atlanaraq: "Ağırlığım, uğurluğum odda yansın", - deyirlər. Bu, bədlikdən, xəstəlik və uğursuzluqlardan qorunmaq inancını ifadə edir.

Od çərşənbəsi insan həyatında istilik, işıq və enerjinin simvoludur. Keçmişdə ocaq evin bərəkəti sayılırdı, bu gün də odun müqəddəsliyi Novruz ənənələrində yaşamaqdadır. Bu çərşənbə axşamı süfrəyə şirniyyat, qoz-fındıq və digər Novruz təamları düzülür, ailə üzvləri bir araya gəlirlər.

Od çərşənbəsi həm fiziki, həm də mənəvi təmizlənmə günü kimi qəbul edilir və Novruza doğru gedən yolun vacib mərhələlərindən biridir.

Qeyd edək ki, martın 11-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun