Yandex watch
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-i görkəmli alim, tanınmış oftalmoloq və ictimai xadim, akademik Zərifə Əliyevanın vəfatından 40 il keçir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Zərifə xanım elmi, peşəkar fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə Azərbaycan tibb elminə və cəmiyyətinə böyük töhfələr verib.

O, oftalmologiyanın bir çox sahələrində ilk elmi araşdırmalar aparan, görmə orqanının peşə patologiyasını öyrənən və bu istiqamətdə laboratoriya yaradan ilk alimlərdəndir. Traxomanın müalicəsində tətbiq etdiyi metodlar, geniş tədqiqatları və müəllifi olduğu monoqrafiyalar onun elmdəki irsini dəyərli edir.

Zərifə Əliyeva yalnız alim və həkim deyil, həm də nurlu bir ana, vəfalı ömür-gün yoldaşı, ictimai fəal idi. O, həm ailəsinə, həm də cəmiyyətə qarşı məsuliyyətini eyni dərəcədə vicdanla yerinə yetirib. Onun xatirəsi xalqımız tərəfindən hər zaman dərin hörmətlə anılır.

E-saglam.az