Yandex watch
Bu ədviyyatlar bir araya gəldikdə

Hər gün istifadə etdiyimiz bəzi ədviyyatlar tək halda faydalı olsa da, birlikdə istifadə edildikdə mədə sağlamlığına ciddi zərər vura bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi ədviyyat kombinasiyaları reflü, mədə yanması və hətta qanaxma kimi fəsadlara yol aça bilər.

Qara bibər və zəncəfil maddələr mübadiləsini sürətləndirən, bədən istiliyini artıran ədviyyatlardır. Ancaq birlikdə istifadə olunduqda təsirləri daha da güclənir, bu isə tərləmə, reflü və mədə narahatlığına səbəb ola bilər. Hər ikisi qan durulaşdırıcı xüsusiyyətə malik olduğundan birgə istifadəsi qanaxma riskini artırır, xüsusilə də bu cür dərman qəbul edənlər üçün təhlükəlidir.

Darçın və muskat da diqqətli istifadə olunmalı bir duodur. Darçının tərkibindəki kumarin maddəsi qaraciyəri zədələyə bilər, muskat isə yüksək dozada halüsinasiyalara səbəb ola bilər. Bu ədviyyatların birlikdə həddindən artıq istifadəsi xüsusilə uşaqlar üçün zəhərlənmə riski yaradır.

Zirə və nanə isə təkcə sağlamlıq baxımından deyil, həm də dad baxımından uyğun deyil. Zirənin torpaq tonları nanənin kəskin ətri ilə uyğunlaşmadığından, birlikdə istifadə olunduqda xoşagəlməz dad yarada bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, ədviyyatlardan istifadə edərkən onların uyğunluğu və təsirləri nəzərə alınsın.

Tərcümə: Könül Oruc

E-saglam.az