Xəbərlər
Bu bitkiyə toxundu,
Xəbərlər
399

Bu bitkiyə toxundu, kəkələməyə başladı - Çox evdə var - DİQQƏT

Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlamlıq riski dayana bilər. Xüsusilə son günlərdə sosial mediada böyük maraqla qarşılanan hadisə bu riski bir daha gündəmə gətirib.

E-saglam.az xəbər verir ki, Bursada yaşayan  Meryem Can adlı qadın evində uzun illər bəzək məqsədilə saxladığı "ağlayan çiçək" kimi tanınan "Dieffenbachia" bitkisi ilə təmasdan sonra danışa bilmədiyini açıqlayıb.

Hadisə zamanı bitkini düzəltmək istəyərkən gövdəsinin qırıldığını və içindən çıxan mayenin üz və ağız nahiyəsinə sıçradığını bildirən Can qısa müddətdə dilində yanma və kəkələmə yaşadığını, danışmaqda çətinlik çəkdiyini deyib:

"Əvvəlcə aloe veraya bənzədiyi üçün narahat olmadım. Ancaq dilimdə güclü yanma hiss etdim. Suyu udmadım və dərhal xəstəxanaya gəldim. Həkimlər də bu hadisəyə təəccübləndilər" .

Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Can "Əgər bu mayeni udmuş olsaydım, nəticələr daha ağır ola bilərdi", - deyərək, xüsusilə ailələri və ev heyvanı sahiblərini ehtiyatlı olmağa çağırıb.

Tropik bölgələrdən gələn və ev dekorasiyasında geniş istifadə olunan "Dieffenbachia bitkisi" böyük və rəngarəng yarpaqları ilə seçilir. Lakin bu bitkinin gövdə və yarpaqlarında kalsium oksalat kristalları mövcuddur. Bu mikroskopik, iynə formalı kristallar ağız, boğaz və dəri ilə təmasda olduqda qıcıqlanmaya, şişkinliyə və hətta nitq pozğunluğuna səbəb ola bilər.

Mütəxəssislər qeyd edir ki, bu cür dekorativ bitkilərin təhlükəsizliyi ilə bağlı cəmiyyət daha çox məlumatlandırılmalıdır. Gözəl görünüş aldadıcı ola bilər - təhlükə bir anın içində ortaya çıxa bilər.m.

Milli.Az

E-saglam.az

 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun