Qidalanma
Bu balığı yeyənlərin dərdi-səri qalmayacaq!
Qidalanma

Bu balığı yeyənlərin dərdi-səri qalmayacaq! Həftədə 3 dəfə yeyin

E-saglam.az xəbər verir ki, Omeqa-3 yağ turşularından tutmuş zülala, sümük möhkəmliyindən qalxanabənzər vəzinin fəaliyyətinə qədər bu balığın bədənə saysız-hesabsız faydası var.

Skumbriya tərkibindəki yüksək dəmir sayəsində qan hüceyrələrinin sağlam fəaliyyətini dəstəkləyir, hemoglobin səviyyəsini tarazlayır. Dəmir çatışmazlığı olanlar üçün əla protein mənbəyidir. Eyni zamanda, ürək sağlamlığını qoruyan omeqa-3 yağ turşuları pis xolesterini azaldaraq damarları gücləndirir.

Skumbriyanın sağlamlığa faydaları:

Yüksək keyfiyyətli zülal mənbəyidir, əzələ inkişafını dəstəkləyir.

Omeqa-3 sayəsində iltihabı azaldır, immun sistemini gücləndirir.

Yodla zəngin olduğu üçün qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırır.

Kalsium tərkibi ilə sümükləri möhkəmləndirir, osteoporoza qarşı qoruyur.

Selenium sayəsində antioksidant təsir göstərir, hüceyrələri qoruyur.

Skumbriyanı necə bişirmək olar?

Bu faydalı balığı müxtəlif üsullarla süfrənizə əlavə edə bilərsiniz:

Izgara: Yüngül və sağlam seçimdir.

Sobada: Limon və ədviyyatlarla ləzzət qatmaq mümkündür.

Buxarda və ya qaynadılmış: Pəhriz saxlayanlar üçün idealdır.

Duzlama: Ənənəvi və dadlı bir variantdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun