Sağlamlıq
Bu bacarıq beyni gücləndirir, düşünmə qabiliyyətini artırır  -
Sağlamlıq
315

Bu bacarıq beyni gücləndirir, düşünmə qabiliyyətini artırır - 3 universitetin birgə araşdırması

Kanadanın McGill və Ottava universitetləri və İspaniyanın Saraqosa Universitetləri tərəfindən aparılan araşdırmada alimlər iki dildə danışmağın beyni gücləndirdiyini aşkar ediblər.

E-saglam.az xəbər verir ki, 3 universitetin birgə apardığı araşdırma nəticəsində məlum olub ki, iki dildə danışmaq beyin məşqidir və düşünmə qabiliyyətini artırır.

Kanadanın McGill və Ottava universitetləri və İspaniyanın Saraqosa Universiteti tərəfindən aparılan yeni bir araşdırma iki dildə danışmağın idrakda rolunu və beyin bölgələri arasında ünsiyyətin səmərəliliyini artırdığını göstərdi.

Alimlər fransız, ingilis və ya hər iki dildə danışan 151 iştirakçı ilə görüşüb və onların ikinci dillərini öyrəndikləri yaşları qeyd ediblər. İştirakçılar bütün beyin əlaqəsini qeyd etmək üçün istirahət vəziyyətində olan MRT görüntülərindən istifadə edərək skan edildi.

MRT görüntüləri ikidilli iştirakçıların beyin bölgələri arasında təkdilli iştirakçılara nisbətən daha yüksək əlaqə olduğunu və bu əlaqənin ikinci dillərini gənc yaşda öyrənənlərdə daha güclü olduğunu göstərdi.

Keçmiş tədqiqatlar göstərir ki, ikinci dil öyrənmək diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra bərpaya müsbət təsir göstərə bilər.

Tərcümə: Könül Oruc 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun