Psixologiya
Bu aylarda doğulan kişilərdə
Psixologiya
96

Bu aylarda doğulan kişilərdə depressiya riski daha yüksəkdir

Doğum ayının insanın psixi sağlamlığına təsir göstərə biləcəyi məlum olub.

E-saglam.az xəbər verir ki, Kanadanın Kvantlen Politexnik Universitetindən olan alimlər doğum mövsümü ilə yetkinlik dövründə depressiyanın inkişaf riski arasındakı əlaqəni araşdırıblar.

Tədqiqatda orta yaşı 26 olan 303 nəfər iştirak edib. Onlardan 106-sı kişi, 197-si isə qadın olub. Könüllülər depressiya və narahatlıq səviyyələrini ölçmək üçün xüsusi anketlər doldurublar.

Nəticələrə əsasən, iştirakçıların 84 faizi depressiya əlamətləri, 66 faizi isə narahatlıq yaşayıb. Analizlər göstərib ki, narahatlıq üçün doğum mövsümünün əhəmiyyəti yoxdur. Lakin depressiya ilə bağlı müəyyən fəsillərdə doğulanlar arasında fərqlər müşahidə olunub.

Ən maraqlı nəticələrdən biri yayda doğulan kişilərlə bağlıdır. Tədqiqatçılar müəyyən ediblər ki, yay aylarında doğulan kişilərdə digər fəsillərdə doğulanlara nisbətən depressiv pozğunluqlara daha çox rast gəlinir.

Mütəxəssislər depressiyanın sadə əhval pozğunluğu olmadığını, intihar riski, alkoqol və narkotik aludəçiliyi, eləcə də bir sıra xroniki xəstəliklərlə əlaqəli ciddi psixi pozuntu olduğunu xatırladırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun