Xəbərlər
Bu 5 qaydanı bilsəniz, ən dadlı qarpızı
Xəbərlər
219

Bu 5 qaydanı bilsəniz, ən dadlı qarpızı siz seçəcəksiniz

Diyetoloq Culiya Farre, dadlı və yetişmiş qarpız seçmək istəyənlər üçün 5 sadə, amma effektiv tövsiyə paylaşıb.

E-saglam.az xəbər verir ki, o, Vanitatis-ə verdiyi açıqlamada düzgün qarpız seçiminin sirrlərini bölüşüb.

1. Qabığındakı ləkəyə baxın

Farre-nin sözlərinə görə, yaxşı qarpızın qabığında böyük və sarımtıl ləkə olmalıdır. Bu, onun günəş altında kifayət qədər yetişdiyinin əlamətidir. Ağ və ya çox solğun ləkə isə hələ tam yetişmədiyini göstərir.

2. Döyərək yoxlayın

Qarpızı almadan əvvəl yüngülcə döyün. Əgər küt və dərin bir səs eşidirsinizsə, bu onun yetişmiş olduğunu göstərir. Əks halda, səs cingiltidirsə, meyvə hələ yetkin deyil.

3. Sapına diqqət yetirin

Qarpızın sapı quru və bir az burulmuş olmalıdır. Yaşıl və təzə sap, meyvənin vaxtından əvvəl dərildiyini göstərə bilər.

4. Forması sferik olsun

Mütəxəssis bildirir ki, mümkün qədər yuvarlaq və bərabər formalı qarpızlar daha şirin olur. Uzunsov və qeyri-müntəzəm formalı qarpızlar isə adətən az ləzzətli olur.

5. Ağırlığına baxın

Eyni ölçülü digər qarpızlarla müqayisədə daha ağır olanı seçin. Bu, meyvənin su və şirinliklə dolu olduğunun göstəricisidir.

Bu qaydalara əməl edərək yay aylarında daha şirin, sulu və ləzzətli qarpız seçmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun