
Sağlam, enerjili və uzun ömür sürməyin sirri təkcə genetik mirasla deyil, gündəlik qidalanma vərdişlərimizlə də sıx bağlıdır. Bəzi qidalar orqanizmin ehtiyac duyduğu vitamin, mineral və antioksidantları təmin etməklə yanaşı, qocalma prosesini ləngidir və həyat keyfiyyətini artırır.

E-saglam.az xəbər verir ki, müasir həyatın gətirdiyi stress, nizamsız qidalanma və çirklənmiş mühit sağlamlığımıza mənfi təsir edir. Bədənin təbii balansını qorumaq, immunitet sistemini gücləndirmək və xroniki xəstəliklərdən qorunmaq üçün bəzi funksional qidaların gündəlik menyuda yer alması olduqca vacibdir. Elmi araşdırmalarla təsdiqlənmiş bu məhsullar həm hüceyrə yenilənməsini dəstəkləyir, həm də zehni aydınlıq və ümumi rifah bəxş edir.
Uzun və sağlam ömür üçün mütləq istehlak edilməli 10 qida:
– Fermentasiya olunmuş məhsullar (kefir, kələm turşusu və s.): Bağırsaq florasını balansda saxlayır, immuniteti gücləndirir.
– Brassicaceae (kələm, brokoli, gül kələmi): Xərçəng əleyhinə təsirə malik güclü fitokimyəvi maddələrlə zəngindir.
– Yağlı balıq (somon, sardina, skumbriya): Omega-3 ilə ürək sağlamlığını qoruyur və iltihabı azaldır.
– Zeytun yağı: Güclü antioksidantlarla ürək-damar sisteminə müsbət təsir göstərir.
– Qatıq: Həzm sistemini tənzimləyir və kalsiumla zəngindir.\
– Tünd şokolad (azı 70% kakao): Damar elastikliyini artırır və yaddaşı gücləndirir.
– Bənövşəyi meyvələr (yabanı giləmeyvə, qarağat): Hüceyrə səviyyəsində qoruyucu təsir göstərir.
– Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kahı, ruccola): Vitamin K və maqnezium mənbəyidir.
– Toxumlar (çia, kətan, günəbaxan): Lif, zülal və faydalı yağlarla zəngindir.
– Pomidor: Likopinlə zəngin olması ilə xərçəngə və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Bu qidalar sadəcə bir rasion əlavəsi deyil, sağlam həyat tərzinin vacib dayaqlarıdır. Onları müntəzəm olaraq menyuya daxil etməklə bədəninizin ehtiyaclarını qarşılaya və ömrünüzə sağlam illər əlavə edə bilərsiniz.
Tərcümə: Könül Oruc