Qidalanma
Brokolinin bilinməyən
Qidalanma
14

Brokolinin bilinməyən zərəri ortaya çıxdı

Antioksidantlar və liflə zəngin olduğu üçün “super qida” kimi tanınan brokkoli, sağlamlığa bir çox müsbət təsir göstərsə də, bəzi hallarda gizli risklər də daşıya bilər.

E-saglam.az xəbər verir ki, qidalanma mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu tərəvəzi şüurlu və təmkinli şəkildə istehlak etmək lazımdır.

1. Həzm sisteminə təsiri: qaz və şişkinlik

Brokkoli tərkibində həzm olunmayan bitki şəkəri və yüksək miqdarda həzm olunması çətin liflər ehtiva edir. Bu isə bəzi insanlarda, xüsusilə qıcıqlanmış bağırsaq sindromu (İBS) olan şəxslərdə qaz, şişkinlik və qarın kramplarına səbəb ola bilər. Mütəxəssislər brokkolinin buxarda bişirilmiş və ya az bişmiş formada istehlak edilməsini tövsiyə edirlər.

2. Tiroid funksiyalarına mənfi təsir göstərə bilər

Brokkoli guatrogen birləşmələr ehtiva edir – bu maddələr yodun orqanizmdə udulmasını azaldaraq tiroid hormonlarının istehsalını zəiflədə bilər. Bu təsir, xüsusilə hipotiroidizm (tiroidin az işləməsi) problemi olan insanlar üçün risklidir. Lakin bu təsirlər əsasən xam və həddindən artıq miqdarda brokkoli yeyildikdə yaranır. Bişmiş brokkolinin təsiri daha yumşaqdır.

3. Qan durulducu dərmanlarla qarşılıqlı təsir

Brokkoli K vitamini ilə çox zəngindir. Bu isə Varfarin kimi qan durulducu dərmanların təsirini azalda bilər. Mütəxəssislər bu cür dərmanlardan istifadə edənlərə K vitaminini tamamilə kəsməyi deyil, onun qəbulunu sabit və nəzarətli saxlamağı tövsiyə edirlər.

4. Həddindən artıq lif su balansını poza bilər

Lifli qidalar həzm üçün faydalı olsa da, lif qəbuluna alışmamış şəxslər brokkolini çox miqdarda istehlak etdikdə qəbizlik, ishal və ya qarın ağrısı ilə qarşılaşa bilərlər. Bu problemlərin qarşısını almaq üçün lif tədricən artırılmalıkifayət qədər su içilməlidir.

5. Mineralların udulmasına təsir edə bilər

Brokkoli oksalatfitat adlı maddələr ehtiva edir. Bu birləşmələr kalsium, dəmir və maqnezium kimi minerallarla bağlanaraq onların orqanizmdə udulmasını azalda bilər. Xüsusilə xam brokkolinin həddindən artıq istehlakı uzunmüddətli dövrdə mineral çatışmazlığı yarada bilər.

Bundan əlavə, tərkibindəki sulforafan maddəsini yüksək dozada qəbul etmək qaraciyər və böyrəklərə yük salmaqla yanaşı, bəzi dərmanlarla mənfi qarşılıqlı təsirə səbəb ola bilər.

6. Allergik reaksiyalar mümkündür

Nadir hallarda brokkoli istehlakı dəri səpgisi, tənəffüs çətinliyi və digər allergik reaksiyalar yarada bilər. Həmçinin, laboratoriya mühitində aparılan bəzi tədqiqatlar, brokkolidəki bəzi birləşmələrin genetik materiala potensial zərər verə biləcəyini göstərsə də, bu nəticələr hələ tam elmi şəkildə sübut olunmayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun