Gözəllik-dəb
Boyunuza görə ideal kilo necə hesablanır?
Gözəllik-dəb

Boyunuza görə ideal kilo necə hesablanır?

Bəs ideal kilonu necə müəyyən etmək lazımdır?

İdeal çəkinizi hesablamaq son dərəcə asandır. Bunun üçün sadəcə boyunuzu və kilonuzu bilməyiniz kifayətdir. Hesablama belə olur, məsələn boyunuz 1.70 m və kütləniz 60 kiloqramdırsa, 60/(1.70x1.70). Yəni kütlənizi boyunuzun kvadratına bölürsünüz. Göstərdiyimiz nümunədə cavab təxminən 20.8 alınır. Əgər bu rəqəm,
18.4-dən aşağıdırsa:
Zəif Boyunuza görə kilonuz çox yetərsizdir. İnsanın arıq və zəif olması ideal çəkidə olduğu mənasına gəlmir. Belə insanlarda ən önəmli risk immunitetin zəifləməsidir. İnfeksiyalara tez yoluxub, gec sağalırlar.
18.5 – 24.9 aralığı:
İdeal kilo Bədən kütlə indeksinin bu aralıqda olması kilonuzun ideal olduğu mənasına gəlir. Düzgün və sağlam qidalanıb, idman edərək çəkinizi qoruyun.
25.0 – 29.9 aralığı:
Artıq çəkili Bədən kütlə indeksiniz bu aralıqdadırsa, çəkiniz artıqdır. Artıq çəki sağlamlığınızı risk altına alacaq qədər böyümədən tədbir görməlisiniz.
30-dan çoxdursa, bu obez olduğunuz mənasına gəlir. Çəkiniz sağlamlığınızı risk altına alaraq təhlükə yaradır. Diyetoloqlardan kömək alaraq çəki itirməyə çalışmalısınız.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun