Yandex watch
Böyrəklərinizin sağlamlığı yaxşıdır? –

Böyrək xəstəlikləri ilkin mərhələdə özünü açıq şəkildə büruzə verməsə də, sonrakı mərhələlərdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər şəkərli diabet, yüksək təzyiq və ya ailəsində böyrək xəstəliyi olan şəxsləri bu əlamətlərə qarşı xüsusilə diqqətli olmağa çağırır.

Bədəninizdə hansı əlamətlər böyrək problemini göstərə bilər?

Böyrək xəstəliklərində ən çox rast gəlinən simptomlara aşağıdakılar daxildir:
– Ayaqlarda, üz və göz ətrafında şişkinlik (xüsusilə səhərlər)
– Daimi yorğunluq, zəiflik, gecə ayaq qıcolmaları
– Sidikdə dəyişikliklər (tezyin artması və ya azalması, köpüklü və ya qanlı sidik)
– Gecə tez-tez sidiyə getmə (nokturiya)
– Sidikdə kəskin qoxu və ya metal dad
– Bədəndə davamlı qaşınma və nəfəs darlığı

Köpüklü sidik, sidikdə protein itkisinə – proteinuriyaya – işarə edə bilər. Əgər bu köpük su ilə yoxa çıxmırsa, mütləq həkim müayinəsi lazımdır. Qanlı sidik isə böyrək daşı, sidik yolları infeksiyası və ya şiş kimi ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Metallik dad və pis nəfəs: diqqətdən yayınmamalıdır

İstənilən yeməyin dadının dəyişməsi, ağızda metallik dad və xoşagəlməz nəfəs qoxusu da böyrək funksiyalarında pozulmanın əlaməti ola bilər. Bu hallar orqanizmdə tullantı maddələrinin yığılmasından qaynaqlanır.

Erkən diaqnoz vacibdir

Böyrək xəstəlikləri sadə müayinələrlə erkən mərhələdə aşkarlana bilər. Ən əsas testlər bunlardır:
– Qan testi (serum kreatinin)
– Sidik analizi (albumin-kreatinin nisbəti)
– Ultrasəs və ya digər görüntüləmə üsulları

Kimlər mütəmadi böyrək müayinəsi etdirməlidir?

– Diabet xəstələri
– Yüksək təzyiqi olanlar
– Ailəsində böyrək xəstəliyi olanlar
– Uzunmüddətli və nəzarətsiz dərman (xüsusilə ağrıkəsici) istifadə edənlər

Unutmayın, bu əlamətləri vaxtında tanımaq və müvafiq tibbi yardım almaq böyrək sağlamlığınızı qorumaq üçün əsasdır. Məqalə yalnız maarifləndirici məqsədlidir, diaqnoz və müalicə üçün həkimə müraciət edin.

Tərcümə: Könül Oruc

E-saglam.az