Böyrək xəstəliklərinə son qoyan
Böyrək xəstəliklərinə son qoyan

Böyrək xəstəliklərindən xilas olmaq üçün xalq təbabətinin də rolu böyükdür.

E-saglam.az bu dəfə böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkiləri araşdırıb:

Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.

Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.

Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur.

Gicitkan: Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir.

Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.

Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.

Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur.

Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır. (saglamolun.az)

E-saglam.az