Gözəllik-dəb
Botox inyeksiyası qədər güclüdür:
Gözəllik-dəb

Botox inyeksiyası qədər güclüdür: 1 damcısı qırışları doldurmaq üçün kifayətdir

E-saglam.az bildirir ki, müntəzəm istifadə edildikdə, bu yağlar dərini sıxlaşdıraraq botoks effekti yaradır.

Qırışlara qarşı effektiv təbii yağlar

Arqan yağı – E vitamini və antioksidantlarla zəngin olan arqan yağı dərini dərindən qidalandırır, elastikliyini artırır və qırışları azaldır. Hər gecə təmiz dəriyə bir neçə damcı arqan yağı masaj edərək tətbiq oluna bilər.

Jojoba yağı – Tərkibindəki təbii esterlər sayəsində dərinin elastikliyini qoruyur, qırışların və sallanmaların yaranmasının qarşısını alır. Tonikdən sonra bir neçə damcı jojoba yağı çəkmək dərinin daha gənc görünməsinə kömək edir.

Üzüm çəyirdəyi yağı – Güclü antioksidant təsir göstərərək sərbəst radikallarla mübarizə aparır. Dərini təravətləndirir və qırışların yaranmasını gecikdirir. Gündəlik nəmləndirici kreminizə bir neçə damcı əlavə edərək istifadə edə bilərsiniz.

Avokado yağı – Dərini intensiv şəkildə nəmləndirərək yaşlanma əlamətlərini gecikdirir. Quru və həssas dərilər üçün idealdır. Gecə yatmazdan əvvəl dərinizə masaj edərək tətbiq etdikdə daha canlı və dolğun görünüş yaradır.

Rozmarin yağı – Qan dövranını sürətləndirərək dərini sıxlaşdırır və təbii botoks effekti təqdim edir. Bir daşıyıcı yağ (məsələn, badam yağı) ilə qarışdıraraq tətbiq etmək tövsiyə olunur. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalamaq daha yaxşı nəticə verə bilər.

İstifadə qaydaları və mühüm məsləhətlər

Yağların daha effektiv təsir göstərməsi üçün dəriyə tətbiq etməzdən əvvəl onu yaxşıca təmizləmək vacibdir.

Yağları göz ətrafına çox yaxın sürtməmək lazımdır.

Hər hansı bir dəri reaksiyasının qarşısını almaq üçün əvvəlcə yağı kiçik bir sahədə test edin.

Maksimal nəticə əldə etmək üçün mütəmadi istifadə edin.

Allergiya və ya xüsusi dəri problemləri olan şəxslər istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşməlidir.

Təbii yağların gücündən istifadə edərək kimyəvi prosedurlara ehtiyac olmadan daha gənc və sağlam dəriyə sahib ola bilərsiniz!

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun