Kartofun qabığında maksimum miqdarda vitamin və lif var.
E-saglam.az xəbər verir ki, diyetoloq Andrey Bobrovski Abzats ilə qabıqlı kartofun faydaları barədə danışıb.
Kalium, maqnezium, fosfor və vitaminlərlə zəngindir - bişdikdə yumruların içərisində qida maddələrini saxlayan lifdir. Qabıq ətindən iki dəfə çox lif ehtiva edir ki, bu da qan şəkərinin kəskin artmasının qarşısını alır və mədə-bağırsaq traktını dəstəkləyir.
Bundan əlavə, kartof ürək və qan damarlarına faydalı təsir göstərən kalium miqdarına görə liderdir və bu kalium əsasən qabığında olur.
Diyetoloq həmçinin xəbərdarlıq edib ki, kartof yalnız tərkibində zəhərli solanin olan yaşıl hissələr yoxdursa, qabığı çıxarılmış şəkildə yeyilməlidir. Böyrək xəstəliyi, kəskin qastrit və ya xorası olan insanlar tərəvəzi qabığı ilə yeməkdən çəkinməlidirlər və iki-üç yaşdan kiçik uşaqlar üçün də tövsiyə edilmir.
Tərcümə: Könül Oruc