Sağlamlıq
Bir dəfəyə 12 kiloqram arıqladan TƏHLÜKƏ - Qeydiyyatdan keçməyən kofe
Sağlamlıq
116

Bir dəfəyə 12 kiloqram arıqladan TƏHLÜKƏ - Qeydiyyatdan keçməyən kofe ölkəyə necə DAXİL OLUR?

Azərbaycanda dərman bazarı tam olaraq sağlamlaşdırılmayıb. Ölkəyə hələ də qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələri daxil olur. Bu azmış kimi dövlət qeydiyyatından və ekspertizasından keçməyən təhlükəli tərkibli məhsulların sosial şəbəkələrdə kütləvi satışı həyata keçirilir. Onlayn satış platformalarında satılan məhsulların keyfiyyətinə isə zəmanət verən yoxdur.

İdeal bədən quruluşuna çatmaq üçün potensial risk

Son dövrlər sosial platformalarda "arıqladan kofe", "detoks içkisi", "yağ yandıran qarışıq" adı ilə təqdim olunan məhsulların sayı sürətlə artır. İnsanlar ideal bədən quruluşuna çatmaq, tez bir zamanda çəki atmaq ümidi ilə bu məhsullara üz tuturlar. Lakin çox hallarda bu içkilərin tərkibi barədə heç bir məlumat verilmir və nəticədə sağlamlıq ciddi risk altına düşür.

Sosial şəbəkələrdə, xüsusən də “Instagram” və “Facebook” kimi platformalarda çəki atmada istifadə olunan “Viejo" markalı Mozambik qəhvələrinə də tələbat artıb. Satışı geniş yayılan, istifadəçilərə keyfiyyəti ilə bağlı müxtəluf şirnikləndirici vədlər verən məhsul satıcıları alıcılara tez bir zamanda nə az, nə çox 8 -12 kq çəki atmağı da zəmanət verirlər.  

“Viejo” qəhvələrinin qəbulunun fəsadları...

Azərbaycan bazarında populyarlıq qazanan və çəki atmaq üçün istifadə edilən “Viejo” məhsulunu araşdırdıq.

Əvvəlcə onu bildirək ki, "Viejo" markası, xüsusilə arıqlama və detoks məqsədli qəhvə məhsulları ilə tanınır. Bu məhsullar, adətən, resveratrol kimi antioksidantlarla zənginləşdirilir və tez arıqlama təsiri ilə reklam olunur. Lakin, bu cür məhsulların tərkibi və uzunmüddətli istifadəsinin sağlamlıq üzərindəki təsirləri barədə məlumatlar məhduddur.

Bu məhsulların istifadəsi nəticəsində bədəndə maye itkisi və iştahanın azalması kimi qısa müddətli təsirlər müşahidə oluna bilər. Tərkibi məlum olmayan və ya qeyri-şəffaf şəkildə təqdim olunan məhsulun istifadəsi sağlamlıq üçün risklidir. Xüsusilə, ürək-damar xəstəlikləri və ya digər sağlamlıq problemləri olan şəxslərin bu cür məhsulları istifadə etməsi tövsiyə edilmir.

Qanuni satışına gəlincə...

Məlum oldu ki, bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə Səhiyyə Nazirliyinin İnnovasiya idarəsindən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulla bağlı Azərbaycanın heç bir dövlət orqanı tərəfindən rəsmi sənəd verilməyib.

Qeyd edək ki, qida əlavələrinin qeydiyyatı mövzusu həm istehlakçı təhlükəsizliyi, həm də qanunvericilik baxımından önəmli məsələdir. Azərbaycanda qida əlavələrinin dövriyyəyə buraxılması, satışı və reklamı üçün müəyyən hüquqi tələblər mövcuddur.

Məlumat üçün bildirək ki, Azərbaycanda qida əlavələrinin qeydiyyatı bir neçə normativ sənədlə tənzimlənir. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən normativ sənədlər, eləcə də Nazirlər Kabinetinin təsdiqlədiyi texniki normativlər və prosedurlar tələb olunur.

Qida əlavəsi dövriyyəyə buraxılmadan əvvəl mütləq şəkildə qeydiyyata alınmalıdır. Bu, onların təhlükəsizlik standartlarına cavab verməsi, düzgün tərkib və etiketlə təqdim edilməsi, insan sağlamlığına zərər vurmaması məqsədi ilə tələb olunur.

Təhlükə necə aradan qaldırılacaq?

Məsələ ilə bağlı Bizim.medoa Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə əlaqə yaradıb. Qurumdan bildirilib ki, “Viejo” qəhvələri qida əlavəsi olduğu üçün AQTA-ya müraciət olunmalıdır.

Sorğu AQTA-ya yönəldilsə də, 3 aydan çoxdur suala AQTA-nın mətbuat katibi İlkin Kərimov susqunluq nümayiş etdirib.

Dövlət Gömrük Komitəsindən isə məhsulun idxalının qanuni olub-olmadığı ilə bağlı araşdırmaya başlayacaqları bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun