
Sağlam qidalanma trendlərinin ayrılmaz hissəsinə çevrilmiş avokado dadı və sağlamlığa olan faydaları ilə seçilir. Lakin bu populyar meyvə tərkibindəki yüksək kalori səbəbindən insanı fərqinə varmadan kökəldə bilər.

E-saglam.az xəbər verir ki, professor Franklin Jozef , sağlam görünən, lakin həddindən artıq istehlak edildikdə arzuolunmaz nəticələrə yol aça biləcək qidalarla bağlı vacib xəbərdarlıqlar edir.
Avokado: Sağlam, amma kalori yüklü
Orta ölçülü bir avokado təxminən 240 kalori ilə diqqət çəkir. Bu isə, 177 kalorilik bir şokolad batonundan belə daha yüksəkdir. Professor Jozef bu səbəbdən avokadonun nə qədər sağlam olsa da, ölçülü istehlak edilməli olduğunu vurğulayır.
Qurudulmuş meyvələr: Təbii şəkərlə zəngindir
Üzüm, quru ərik və qaysı kimi meyvələr vitamin və minerallarla zəngin olsa da, təbii şəkər tərkibi yüksəkdir. Mütəxəssis bu məhsulların yalnız bir ovuc miqdarında və qəlyanaltı kimi qəbul edilməsini tövsiyə edir.
Tam taxıllar və quru qidalar
Tam taxıllı çörək, düyü və makaron bağırsaq sağlamlığı üçün faydalı olsa da, həddindən artıq miqdarda qəbul edildikdə gündəlik kalori sərhədini aşdıra bilər. Eyni zamanda fıstıq və badam əzmələri kimi məhsullar da sağlam yağ və proteinlə zəngin olsa da, içərisindəki şəkər miqdarına görə diqqətlə seçilməlidir.
Səhər yeməyi üçün seçilən qarışıqlar
Səhər yeməyi üçün dənli qarışıqlar enerji mənbəyi kimi görünsə də, bəzi məhsullar əlavə şəkər və saflaşdırılmış karbohidrat baxımından risklidir. Bu isə enerji dalğalanmaları və kalori artımına səbəb ola bilər.
Tərcümə: Könül Oruc