Faydalı
Bir balaca boyu var... -
Faydalı

Bir balaca boyu var... - Mixək yüz dərdə dərman imiş

“Ağızdan pis qoxu gəlirsə, saqqız əvəzinə mixək çeynəyin. Həm ağız boşluğundakı bütün mikrobları məhv edir, iltihabı sağaldır, həm də təbii məhsul olduğuna görə daha faydalıdır. Artroz, artrit və travma, göz xəstəlikləri, astma, hipotoniya və həşərat sancmaları zamanı mixək müalicəvi təsirə malikdir”.

E-saglam.az xəbər verir ki, bu fikirləri Hit.az-a fitoterapevt Yasəmən Əliyeva səsləndirib:

“Mixək 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallarla zəngindir.  Efir yağları ilə zəngin olan mixək inkişaf etmiş ölkələrdə dərman istehsalı zamanı istifadə edilir. O qıcıqlandırıcı, isidici, ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəmlərin bazası kimi istifadə olunur. Bu bitkidən aromoterapiyada geniş istifadə edilir. Çünki sinir sistemini sakitləşdirir, gərginliyi aradan qaldırır. Qiyməti baha deyil, əlçatandır, bir ovuz mixək aylarla bəs edir. Özünüzü bu cana dərman bitkidən məhrum buraxmayın".

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun