Sağlamlıq
"Bir addım irəli, iki addım geri" yeriməyin
Sağlamlıq

"Bir addım irəli, iki addım geri" yeriməyin inanılmaz faydası

Əgər siz həmişəki kimi yerimək əvəzinə dal-dala yerisəniz və belinizi irəli çəksəniz, əlavə sağlamlıq faydaları əldə edə bilərsiniz.

E-saglam.az “The Guardian”a istinadən xəbər verir ki, bunu fizioterapevt Kristian Barton deyib.

Geriyə doğru yerimək Çində, sonra isə digər ölkələrdə populyarlıq qazanmağa başladı. Bartona görə, kürəyinizi irəli çəkmək əslində yeriməyi daha sağlam edə bilər.

"Bu, propriosepsiya dediyimiz şeyi - əzələlərin və oynaqların beyinlə qarşılıqlı əlaqədə olmaq, əks əlaqə siqnalları göndərmək və qəbul etmək qabiliyyətini inkişaf etdirməyə kömək edir", - deyə ekspert bildirb.

Fizioterapevt izah edib ki, insan geriyə doğru irəliləyəndə adətən hərəkətsiz olan əzələlər işləyir.

"Zamanla bu cür təlim koordinasiyanı yaxşılaşdırır və yıxılmaların qarşısını alır, bu xüsusilə yaşlı insanlar üçün vacibdir", - Barton deyib.

O, həmçinin qeyd edib ki, belə yeriş zamanı dizlərdəki yük azalır, çünki əsas çəkini bud əzələləri götürür.(Publika.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun