Biotin, B7 və ya H vitamini olaraq da bilinən bir vitamindir və enerji istehsal etmək, həmçinin sağlam saç və dırnaqlar üçün vacibdir.
E-saglam.az bildirir ki, saç tökülməsini və kövrək dırnaqları qarşısını almağa kömək edən bu vitamin, bədən tərəfindən keratin istehsalını dəstəkləyir.
Biotinlə zəngin qidalar arasında qaraciyər, ispanaq, qoz-fındıq, toxumlar, yağsız ət, dəniz məhsulları, şirin kartof və yumurta yer alır. Bu qidaları pəhrizinizə əlavə edərək biotin səviyyələrinizi artırmaq mümkündür.
Qaraciyər biotin üçün əla bir qaynaqdır və 3 unsiya bişmiş mal əti qaraciyəri təxminən 31 mikroqram biotin ehtiva edir. İspanaq da biotinlə zəngindir, onu smuzatlar və salatlar kimi müxtəlif yeməklərdə istifadə etmək mümkündür. Fıstıq, qoz, badam və çia toxumu kimi qidalar da biotin təmin edən qidalardır.
Yağsız ət və dəniz məhsulları, biotin və zülalın ən yaxşı mənbələrindəndir. Sardina və qızılbalıq kimi dəniz məhsulları bu vitaminlə zəngindir. Şirin kartof da yüksək miqdarda biotin və beta-karoten ehtiva edir, bu da dəri və hüceyrə yenilənməsinə kömək edir. Yumurtalar isə təxminən 10 qram biotin təmin edən sadə və asan bir qaynaqdır. Bu qidalarla biotin səviyyənizi yüksəltmək və saç tökülməsini qarşısını almaq mümkündür.
Tərcümə: Könül Oruc